Bakı. 1 oktyabr. REPORT.AZ/ Özbəkistanın Azərbaycandakı səfiri avtomobil qəzasına düşüb.
“Report” xəbər verir ki, səfir Şerzod Fayziyev idarə etdiyi səfirliyə məxsus “Chevrolet” markalı maşınla Səbail rayonu, Teymur Elçin küçəsində qəzaya düşüb. Səfirin şəxsən idarə etdiyi avtomobil “Harley Davidson” markalı motosikletlə toqquşub.
Qəza zamanı nəqliyyat vasitələrinə ziyan dəysə də, xəsarət alan olmayıb.