​Oxot dənizində ölənlərin ailələrinə 1 milyon rubl veriləcək

​Oxot dənizində ölənlərin ailələrinə 1 milyon rubl veriləcək "Dalni Vostok" balıqçı gəmisinin heyət üzvləri siyahısında 7 azərbaycanlının da adı var
Hadisə
3 Aprel , 2015 08:56
​Oxot dənizində ölənlərin ailələrinə 1 milyon rubl veriləcək

Bakı. 3 aprel. REPORT.AZ/ Saxalin rəhbərliyi vilayətin ehtiyat fondundan Oxot dənizində batan "Dalni Vostok" gəmisinin həlak olan heyət üzvlərinin ailələrinə 1 milyon rubl, faciə nəticəsində sağ qalan dənizçilərin ailələrinə isə 200 min rubl vəsait ödəyəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə cümə günü region hökumətinin nümayəndəsi Aleksey Bayandin məlumat verib.

"Həlak olanların ailələrinə 1 milyon rubl, zərərçəkənlərin ailələrinə isə 200 min rubl ödəniləcək. Vəsait vilayətin ehtiyat fondundan ayrılacaq", — deyə o bildirib.

Xatırladaq ki, "Dalni Vostok" balıqçı gəmisinin heyət üzvləri siyahısında 7 azərbaycanlının da adı var. Onlardan 4 nəfəri xilas edilib.

Son xəbərlər

Orphus sistemi