Ötən il ölkədə ölüm halı daha çox 65 və yuxarı yaşda olanlar arasında olub

Hadisə
  • 16 fevral, 2022
  • 12:13
Ötən il ölkədə ölüm halı daha çox 65 və yuxarı yaşda olanlar arasında olub

Ötən il ölkədə ölüm halı 65 və yuxarı yaşda olanlar arasında olub.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ölkədə 76 878 ölüm halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.