Prokurorluq: "Bakıda cinayət işləri üzrə vurulan 5 milyon manatdan çox ziyan ödətdirilib"

Prokurorluq: "Bakıda cinayət işləri üzrə vurulan 5 milyon manatdan çox ziyan ödətdirilib" Bakı şəhər prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanmıb.
Hadisə
17 Yanvar , 2024 16:41
Prokurorluq: Bakıda cinayət işləri üzrə vurulan 5 milyon manatdan çox ziyan ödətdirilib

Bakı şəhər prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanmıb.

"Report" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9 %-nin ödənilməsi təmin olunub.

Həmçinin hesabat dövründə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilib.

Son xəbərlər

Orphus sistemi