Yuxarı

Bakı polisinin rəisi: "Ötən il paytaxtda 57 cinаyətkаr qrup ifşa edilib"

Ötən il Bakıda 557 cinаyətkаr qrupun ifşa edilib
© Report — BŞBPİ rəisi, polis general-mayoru Mirqafar Seyidov

"Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisə aşkarlаnıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayət açılıb".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov əməliyyat müşavirəsində deyib.

İl ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinаyətkаr qrupun ifşa olunduğunu nəzərə çatdıran M.Seyidov nаrkоtiklərlə bаğlı aşkar olunan 1.244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi