Ötən il Azərbaycan məhkəmələrində 246.920 işə baxılıb

Hadisə
  • 17 aprel, 2019
  • 07:04
Ötən il Azərbaycan məhkəmələrində 246.920 işə baxılıb

Ötən il Azərbaycan məhkəmələrində baxılan işlərin statistikası açıqlanıb.

“Report” xəbər verir ki, Ədliyyə Nazirliyindən daxil olmuş məhkəmə statistikaya əsasən, respublikanın birinci instansiya (ümumi iqtisadi) məhkəmələri tərəfindən 2018-ci ildə 246.920 işə, o cümlədən 224.584 mülki işlərə, 5029 iqtisadi mübahisələrə, 17.307 inzibati mübahisələrə dair işlərə baxılıb.

Respublikanın birinci instansiya (ümumi və hərbi) məhkəmələri tərəfindən 2018-ci ildə baxılmış cinayət işləri üzrə 14.391 nəfər barəsində 12.539 cinayət işinə baxılıb. Onlardan 10.172 iş üzrə 12.433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hokum çıxarılıb. 1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib. 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb.