Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Hadisə
  • 21 may, 2018
  • 05:28
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bakı. 21 may. REPORT.AZ/ Ötən iki gün ərzində Azərbaycanda daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 19-dan 21-dək ölkədə 212 cinayət faktı qeydə alınıb, onların da 47-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.