Bakı. 10 noyabr. REPORT.AZ/ Ötən həftə (3-9 noyabr) müddətində Azərbaycanın avtomobil yollarında ümumilikdə 45 yol-nəqliyyat hadisəsi baş verib. "Report" rəsmi mənbələrə istinadən xəbər verir ki, qəzalar nəticəsində 11 nəfər ölüb. Bundan başqa, həmin qəzalar zamanı 90 nəfər yaralanıb.