Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Hadisə
  • 27 noyabr, 2018
  • 05:36
Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 26-da ölkədə 95 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb. 

44 - Tezliklə