Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Hadisə
14 Aprel , 2018 08:48
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb
Report

Bakı. 14 aprel. REPORT.AZ/ Aprel ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə, 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi