Ötən gün vətəndaşlardan 9 silah götürülüb

Ötən gün vətəndaşlardan 9 silah götürülüb Ötən gün vətəndaşlardan 9 silah götürülüb.
Hadisə
3 Aprel , 2024 09:13
Ötən gün vətəndaşlardan 9 silah götürülüb

Ötən gün Azərbaycanda vətəndaşlardan 9 silah götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng təhvil götürüblər.

Son xəbərlər

Orphus sistemi