Ötən gün vətəndaşlardan 21 silah götürülüb

Ötən gün vətəndaşlardan 21 silah götürülüb Azərbaycanda ötən gün vətəndaşlardan 18 silah götürülüb.
Hadisə
21 Fevral , 2024 10:04
Ötən gün vətəndaşlardan 21 silah götürülüb

Azərbaycanda ötən gün vətəndaşlardan 21 silah götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 16 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 949 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 17 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi