Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub

Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub Hər üç şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
7 Avqust , 2017 08:42
Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub
Courtesy İmage

Bakı. 7 avqust. REPORT.AZ/ Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Suraxanı, Nizami və Sabunçu rayonlarında qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Ələkbərov Canpolad Baba oğlunu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb.

İkinci hadisə "8-ci kilometr bazarı"nın qarşısında baş verib. Avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Etibarova İnar Sədrəddin qızını minik avtomobili vurub. O, ağır xəsarət alıb.

Digər yol-nəqliyyat hadisəsi isə Bilgəh qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyev Tural Əli oğlu çimərlik ərazisindən çıxaraq çörək almağa gedərkən onu minik avtomobili vurub. T.Əliyev kəllə beyin travması alıb. Hər üç şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi