Ötən gün Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Hadisə
  • 24 yanvar, 2018
  • 09:37
Ötən gün Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB - FOTO
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

“Report”un Cənub bürosunun məlumatına görə, rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Qasımovun həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirldiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. 


***19:44

Bakı. 23 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində avtomobil piyadanı vurub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində baş verib.

Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Qasımovu avtomobil vurub, sürücü yaralını Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı çoxsaylı bədən xəsarətləri alıb və vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırmalara başlanılıb.