Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
- 11 may, 2018
- 05:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 may. REPORT.AZ/ Daxili işlər orqanlarında ötən gün 86 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.