Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Hadisə
  • 12 iyun, 2018
  • 05:06
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Bakı. 12 iyun. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açqılanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 11-də ölkədə 135 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

44 filmi