Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb Bakı. 10 aprel. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
10 Aprel , 2018 09:40
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi