Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb

Hadisə
  • 21 avqust, 2018
  • 05:13
Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, avqustun 20-də ölkədə118 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

44 filmi