Ötən gün Azərbaycanda baş verən yol qəzalarında 5 nəfər ölüb

Hadisə
  • 08 dekabr, 2017
  • 08:35
Ötən gün Azərbaycanda baş verən yol qəzalarında 5 nəfər ölüb
Report

Bakı. 8 dekabr. REPORT.AZ/ Ötən gün, dekabrın 7-də Azərbaycanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmin hadisələr nəticəsində 5 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

44 filmi