Ötən gün 121 cinayət faktı qeydə alınıb

Ötən gün 121 cinayət faktı qeydə alınıb Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Hadisə
24 Yanvar , 2018 09:03
Ötən gün 121 cinayət faktı qeydə alınıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi