Ombudsman Aparatının sektor müdiri: “Azərbaycanda valideynlər tərbiyə növü kimi zorakılıqdan çox istifadə edirlər”

Ombudsman Aparatının sektor müdiri: “Azərbaycanda valideynlər tərbiyə növü kimi zorakılıqdan çox istifadə edirlər” “Uşaq döyülmədən də dərslərini edə, öz vəzifələrini yerinə yetirə bilər”
Hadisə
18 Noyabr , 2016 12:05
Ombudsman Aparatının sektor müdiri: “Azərbaycanda valideynlər tərbiyə növü kimi zorakılıqdan çox istifadə edirlər”

Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycanda valideynlər tərbiyə növü kimi zorakılıqdan çox istifadə edirlər”.

“Report” xəbər verir ki, bunu BMT-nin “Uş­aq hüquqları haqqında­” Konvensiyanın qəbul­ edilməsinin ildönümü­ münasibətilə keçiril­ən tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Faiq Ağayev deyib.

F.Ağayev bildirib ki, bu halların qarşısını almaq lazımdır: "Bunun üçün maarifləndirmə işləri aparılır və aparılmalıdır. Uşaq döyülmədən də dərslərini edə, öz vəzifələrini yerinə yetirə bilər".

Şöbə müdiri qeyd edib ki, günümüzdə uşaqlar kompüter vasitəsilə həyat üçün lazımlı məlumat almaq əvəzinə zərərli məlumatlar alırlar: "Bu da onların zorakılığa və intihara meyilli olmasına gətirib çıxardır".

Son xəbərlər

Orphus sistemi