Oğuzda yük maşını qaz xəttini qırıb, 40 abonent qazsız qalıb - VİDEO

Oğuzda yük maşını qaz xəttini qırıb, 40 abonent qazsız qalıb - VİDEO Bu gün axşam saatlarında Oğuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 İyun , 2021 19:14
Oğuzda yük maşını qaz xəttini qırıb, 40 abonent qazsız qalıb - VİDEO
0 : 00
0 : 00

Bu gün axşam saatlarında Oğuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Balakən istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq qaz xəttini qırıb. Nəticədə həmin ərazidə yaşayan təqribən 40 abonentə "mavi yanacağ"ın verilməsi dayandırılıb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin Oğuz Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qaz xəttinin qırılması nəticəsində yaxınlıqdakı bir neçə sayğac da yararsız vəziyyətə düşüb.

Son xəbərlər

Orphus sistemi