Oğuzda körpələr evi-uşaq bağçasında yanğın söndürülüb - YENİLƏNİB

Oğuzda körpələr evi-uşaq bağçasında yanğın söndürülüb - YENİLƏNİB Oğuz rayonunda 3 saylı körpələr evi-uşaq bağçasında yanğın baş verib.
Hadisə
23 Noyabr , 2023 06:07
Oğuzda körpələr evi-uşaq bağçasında yanğın söndürülüb - YENİLƏNİB

Oğuz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında yanğın söndürülüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, güclü yanğın nəticəsində uşaq bağçasının dam örtüyü və içərisindəki əşyalar qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları, şəxsi heyəti cəlb olunub və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

03:00

Oğuz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, güclü yanğın nəticəsində uşaq bağçasının dam örtüyü və içərisindəki əşyalar qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğınsondürmə işləri davam edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi