Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
Hadisə
- 25 noyabr, 2018
- 20:06
Oğuz. 26 noyabr. REPORT.AZ/ Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
Həmin küçə ilə hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı Oğuz sakini, 1985-ci il təvəllüdlü Kuhi Elnur Fərman oğlunun idarə etdiyi minik avtomobili toqquşmadan sonra yol kənarındakı mağazaya çırpılıb.
Qəza nəticəsində 33 yaşlı sürücü aldığı bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. Qəza zamanı avtomobillərdə olan iki qadın və iki uşaq xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:54
Azərbaycanın qastronom şəbəkəsi nizamnamə kapitalını 50 milyon manata çatdıracaq
Maliyyə09:53
Gürcüstanda zəlzələ olub
Region09:52
Ramin Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək
Daxili siyasət09:50
Foto
Azərbaycanda azyaşlı uşağın ət maşınında qalan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
Hadisə09:46
Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar
Xarici siyasət09:42
Video
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Sosial müdafiə09:42
"Mançester Yunayted" hücumçusu Çido Obini Niderland klubuna icarəyə verib
Futbol09:35
Azərbaycanın U-21 millisinin üzvü Həmzəalı Mikayılov klubunu dəyişib
Futbol09:35