Oğuzda evdə tüstülənmə olub, 74 yaşlı kişi ölüb

Oğuzda evdə tüstülənmə olub, 74 yaşlı kişi ölüb Oğuz rayonunda ahıl kişi tüstüdən boğulub.
Hadisə
14 Fevral , 2022 21:43
Oğuzda evdə tüstülənmə olub, 74 yaşlı kişi ölüb

Oğuz rayonunda ahıl kişi tüstüdən boğulub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1948-ci il təvəllüdlü Tofeq Abdulla oğlu Babayev yaşadığı evdə tüstüdən zəhərlənərək ölüb. T.Babayevi huşsuz vəziyyətdə qonşusu aşkarlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz Rayon Şöbəsinə təhvil verilib. Məlumata görə, tüstülənmə evdəki odun sobasında baş verib. T.Babayev evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi