Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var

Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var Yaralılara quduzluq əleyhinə iynə vurulub
Hadisə
2 Noyabr , 2017 20:36
Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var

Oğuz. 2 noyabr. REPORT.AZ/ Oğuz rayonunda çaqqal insanlara hücum edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, həyətlərdən birinə soxulan yırtıcı 33 yaşlı Aynur İmdad qızı İbrahimovanı qolundan və ayağından yaralayıb. Çaqqal qadının səsinə gələn qonşulara da xəsarətlər yetirib.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.

Son xəbərlər

Orphus sistemi