Oğuzda canavarlar eyni təsərrüfata ikinci dəfə hücum etdi - VİDEO

Hadisə
  • 19 mart, 2020
  • 18:08
Oğuzda canavarlar eyni təsərrüfata ikinci dəfə hücum etdi - VİDEO

Oğuz rayonunda canavarlar qoyunları parçalayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.

Belə ki, kəndə hücum edən canavarlar kənd sakini Adil Cabbarovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə soxulub.

Canavarlar tövlədə olan 2 baş qoyunu parçalayıb, daha bir-neçəsini isə yaralayıb.

Qeyd edək ki, üç gün öncə həmin həyətə girən canavarlar mal tövləsinə hücum edərək 14 baş qoyunu parçalayıb, 2 heyvanı aparıb, 14-nü isə yaralayıblar.

Oğuzda canavarlar eyni təsərrüfata ikinci dəfə hücum etdi - VİDEO

44 filmi