Oğuzda avtomobil ağaca çırpılıb, üç nəfər xəsarət alıb - FOTO
Hadisə
- 11 sentyabr, 2018
- 13:47
Oğuz. 11 sentyabr. REPORT.AZ/ Oğuz rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Nail Nəriman oğlu İbrahimli idarə etdiyi "Mercedes" markalı minik avtomobilini ağaca çırpıb. Nəticədə sürücü və onun sərnişinləri - Xaçmaz kəndinin sakinləri - 1993-cü il təvəllüdlü Nəsib Ənvər oğlu Fərzəlizadə və 1995-ci il təvəllüdlü Təbriz Arzu oğlu Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər üç yaralı vəziyyətləri ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:57
İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb
Xarici siyasət10:57
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak edir - YENİLƏNİB
Xarici siyasət10:50
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Digər ölkələr10:49
Masato Kanda ikinci müddətə ADB-nin prezidenti seçilib
Maliyyə10:49
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Xarici siyasət10:48
Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin olunub
Futbol10:45
Fərid Osmanov: "MyGov" platformasında 4 milyon istifadəçi var"
İKT10:42
Ötən ay 7568,9 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət10:41