Oğuzda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Hadisə
  • 04 iyun, 2022
  • 10:35
Oğuzda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məharət Bəşarət oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə 30 yaşlı M.Məmmədov ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.