Oğuzda 68 yaşlı kişi intihar edib - YENİLƏNİB

Hadisə
  • 06 may, 2019
  • 14:31
Oğuzda 68 yaşlı kişi intihar edib - YENİLƏNİB

Oğuz rayonunun  Bayan kəndində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən ahıl kişinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, həmin kəndin sakini, 1951-ci il təvəllüdlü Nəriman İsmayıl oğlu Soltanov yaşadığı kənddə özünü asaraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 14:28

Oğuz rayonunda ahıl kişi intihar edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb.