Oğuzda 47 yaşlı qadın intihara cəhd edib

Oğuzda 47 yaşlı qadın intihara cəhd edib Oğuz. 29 noyabr. REPORT.AZ/ Oğuz rayonunda 47 yaşlı qadın intihara cəhd edib.
Hadisə
29 Noyabr , 2018 20:32
Oğuzda 47 yaşlı qadın intihara cəhd edib

Oğuz. 29 noyabr. REPORT.AZ/ Oğuz rayonunda 47 yaşlı qadın intihara cəhd edib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Bayan kənd sakini, 1971-ci il təvəllüdlü Natavan Abuzər qızı Rəsulova zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan “Report”a bildirlib ki, müayinə zamanı N.Rəsulovanın hələ ki məlum olmayan səbəbdən yaşadığı ünvanda intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub. Hazırda N.Rəsulovanın müayinə və müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi