Oğuz meşəsində 12 yaşlı oğlan itkin düşüb

Hadisə
  • 22 may, 2020
  • 05:10
Oğuz meşəsində 12 yaşlı oğlan itkin düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. 

"Report" xəbər verir ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.