​Azərbaycanlılar Odessanın mərkəzində silahlı hücuma məruz qalaraq oğurlanıblar

​Azərbaycanlılar Odessanın mərkəzində silahlı hücuma məruz qalaraq oğurlanıblar Maskalı şəxslər maşını yararsız hala salaraq azərbaycanlıları oğurlayıblar və onları naməlum istiqamətdə aparıblar
Hadisə
2 Yanvar , 2015 05:36
​Azərbaycanlılar Odessanın mərkəzində silahlı hücuma məruz qalaraq oğurlanıblar
Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən həftə Ukraynanın Odessa şəhərinin Yekaterininskaya küçəsində içərisində azərbaycanlıların olduğu "BMW X5" markalı maşın naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, maskalı şəxslər maşını yararsız hala salaraq azərbaycanlıları oğurlayıblar və onları naməlum istiqamətdə aparıblar.

Daha sonra hadisə yerinə 50 nəfərə yaxın azərbaycanlı və gürcü mənşəli şəxslər toplaşıblar. Onlar baş verən hadisədə "Qranat" kafesinin sahibini ittiham ediblər.

Məlumata görə, şənbə günü, Yekaterininskaya, 18 ünvanında maskalı naməlum şəxslər ağ "Mercedes Vito" markalı furqon avtomobil ilə "BMW X5"in qarşısını kəsiblər və maşında olan insanlara hücum ediblər. Hadisə şahidlərinin sözlərinə görə, onlar sürücü və sərnişinləri döyərək furqona mindiriblər və naməlum istiqamətdə gediblər.

Qeyd edək ki, avtomobilin şüşələrində güllə yerləri aşkar edilib.

Hadisə yerinə gələn azərbaycanlılardan biri zərərçəkən sürücünün qardaşı olub. O insidentin milis işçiləri tərəfindən törədildiyini bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin Odessa üzrə baş İdarəsindəki mənbə, insidentin azərbaycanlılardan ibarət qrup arasında baş verdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi