​​​​​​​Nyu-Yorkda baş verən atışmada xəsarət alanların sayı 29-a çatıb

​​​​​​​Nyu-Yorkda baş verən atışmada xəsarət alanların sayı 29-a çatıb Nyu York metrosunda baş verən atışma zamanı 13 nəfər xəsarət alıb, onlardan azı birinin vəziyyəti ciddidir.
Hadisə
13 Aprel , 2022 01:20
​​​​​​​Nyu-Yorkda baş verən atışmada xəsarət alanların sayı 29-a çatıb

ABŞ-ın Nyu-York şəhərində, Bruklin metrostansiyasında atışma nəticəsində xəsarət alanların sayı 24 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə NY1 telekanalı xəbər verib.

"10 nəfər güllə yarası alıb, yaralıların ümumi sayı 24-ə çatıb və daha da arta bilər", - aparıcı bildirib.

CNN isə yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərin əksəriyyəti - 21 nəfər güllə yaraları və tüstüdən zəhərlənmə diaqnoqları ilə hadisə yerinə yaxın yerləşən “NYU Langone” xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərdən 10-u artıq evə buraxılıb, digərlərinin həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, çərşənbə axşamı səhər “36th Street” metrostansiyasında atışma baş verib. Polis rəisi Kişant Suelin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən afroamerikalı hələ də axtarışdadır. Suel bildirib ki, yaşıl rəngli inşaatçı jiletli bir şəxsin əleyhqaz taxdığı qeydə alınıb, o, içində tüstünün olduğu kanistri açıb, daha sonra isə sərnişinləri təqib edərək onlara atəş açmağa başlayıb.

12.04.2022.18:22

Nyu York metrosunda baş verən atışma zamanı 13 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

“Report” NYT-yə istinadən xəbər verir ki, metronun D, N, R xətlərinin keçdiyi “36th Street” stansiyasında səhər saatlarında baş verən hadisə ilə bağlı polis inşaatçı jileti və qaz maskası geymiş naməlum şəxsi axtarır.

Stansiyada tüstüləmənin də baş verdiyi bildirilir. Həmin stansiyadan keçən hər üç xəttin fəaliyyəti təhqiqatla bağlı dayandırılacaq.

Son xəbərlər

Orphus sistemi