Novella Cəfəroğlu: “Ümid edirəm ki, Tofiq Yaqublu tezliklə azad ediləcək"

Novella Cəfəroğlu: “Ümid edirəm ki, Tofiq Yaqublu tezliklə azad ediləcək" “İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri olaraq Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçiririk”.
Hadisə
9 Sentyabr , 2020 16:35
Novella Cəfəroğlu: “Ümid edirəm ki, Tofiq Yaqublu tezliklə azad ediləcək
Novella Cəfəroğlu
0 : 00
0 : 00

“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri olaraq Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçiririk”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun azad edilməsi üçün həm ölkə başçısına, həm də müvafiq instansiyalara müraciətlər edilib və danışıqlar aparılır:

“Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla da “Zoom” üzərindən görüşümüz oldu və yaxın vaxtlarda üzbəüz görüşümüz də olmalıdır”.

N.Cəfəroğlu yaxın günlərdə Tofiq Yaqublunun azad ediləcəyinə ümid etdiyini bildirir:

“95 faiz ümid edirəm ki, o, tezliklə həbsdən buraxılacaq. Çünki onun həbs edilməsi bizim dövlətə lazım olmayan hərəkət idi. Biz xarici dövlətlərin təzyiqindən qorxmuruq, amma bu həbs nə hökumətə, nə dövlətə, nə də dövlətçiliyə uyğun deyildi. İnşallah, yaxın günlərdə onu azadlıqda görəcəyik!”

Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. 

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.

Son xəbərlər

Orphus sistemi