Yuxarı

Nizami rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində tıxac yaranıb - FOTOLAR

Hadisə zamanı iki nəfər xəsarət alıb

Bakı.10 sentyabr.REPORT.AZ/ Bakının Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Report-un xəbərinə görə, qəza metronun "Xalqlar Dostluğu" stansiyası ilə üzbəüz parkın yaxınlığında baş verib. Burada eyni istiqamətlə hərəkət edən "Toyota" və "Hyundai" markalı maşınlar toqquşub. Hadisə həmin yolda tıxacın yaranmasına səbəb olub. Yol nəqliyyat hadisəsi zamanı "Hyundai"ın sürücüsü və maşında olan bir nəfərin xəsarət aldığı bildirilir. Toqquşmadan sonra nəqliyyat vasitələri yoldan çıxaraq parkın ərazisinə daxil olublar.

Hazırda qəza yerində Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi