Bakı. 13 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində orta yaşlı kişini maşın vurub.
"Report" xəbər verir ki, hadisə 1955-ci il təvəllüdlü Xəlilov Nüsrət Surət oğlu Rüstəm Rüstəmov küçəsində piyadalar üçün nəzərdə tutulmayan yoldan keçərkən baş verib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.