​Niger səhrasında 34 miqrantın meyiti tapılıb

​Niger səhrasında 34 miqrantın meyiti tapılıb Miqrantları müşayiət edən bələdçi onları səhrada ataraq gedib
Hadisə
16 İyun , 2016 04:21
​Niger səhrasında 34 miqrantın meyiti tapılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Niger ərazisindəki Saxara səhrasında 34 miqrantın meyiti tapılıb. "Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarılna istinadən xəbər yayıb.

İlkin məlumata görə, onları müşayiət edən bələdçi miqrantları səhrada ataraq gedib. Ölənlərdən 9-u qadın, 5-i kişi, 20 nəfəri uşaqdır. 

Onların hamısı iyunun 6-dan 12-ə qədərki müddətdə ölüblər.

Niger prezidenti Məhəmməd İssuf ölənlərin ailələrinə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi