Nəsimi rayonunda 47 yaşlı kişi döyülüb

Hadisə
  • 07 avqust, 2019
  • 19:21
Nəsimi rayonunda 47 yaşlı kişi döyülüb

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi olub.

"Report" xəbər verir ki, 47 yaşlı Kərimov Mehman Ənvər oğlu naməlum şəxs tərəfindən döyülüb.

Yaralı polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılıb. Ona dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.