Nərimanovda iki avtomobil toqquşub, ana və üç yaşlı körpəsi xəsarət alıb

Nərimanovda iki avtomobil toqquşub, ana və üç yaşlı körpəsi xəsarət alıb Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Sentyabr , 2021 05:44
Nərimanovda iki avtomobil toqquşub, ana və üç yaşlı körpəsi xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1996-cı il təvəllüdlü Əliyeva Ruqəyya Mahir qızı və onun 2018-ci il təvəllüdlü övladı Əliyeva Zərifə Məhəmməd qızı xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı R. Əliyevaya bədənin müştərək travması, Z. Əliyevaya isə sol bazu sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi