Nərimanov rayonunda minik avtomobili yük maşınına çırpılıb

Hadisə
  • 15 sentyabr, 2019
  • 00:16
Nərimanov rayonunda minik avtomobili yük maşınına çırpılıb

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün yanında qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan “Mercedes” markalı avtomobil arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da “Mercedes” markalı avtomobil zərbədən yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov