Nərimanov rayonunda 52 yaşlı kişiyə 7 bıçaq xəsarəti yetirilib

Nərimanov rayonunda 52 yaşlı kişiyə 7 bıçaq xəsarəti yetirilib Bakıda bıçaqlanma hadisəsi baş verib
Hadisə
10 May , 2021 01:04
Nərimanov rayonunda 52 yaşlı kişiyə 7 bıçaq xəsarəti yetirilib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1969-cu il təvəllüdlü İsmayılov İsa Məmməd oğlu tanıdığı şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onun bədənində 7 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. Yaralı əməliyyat olunub, onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi