Neftçalada yol qəzası olub, xəsarət alan var

Neftçalada yol qəzası olub, xəsarət alan var Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
160
26 İyul , 2021 22:41
Neftçalada yol qəzası olub, xəsarət alan var
0 : 00
0 : 00

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, Neftçala şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Əmrah oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb. Sürücü qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. V.Məmmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi