Neftçalada yol qəzası oldu, xəsarət alan var

Neftçalada yol qəzası oldu, xəsarət alan var Neftçala rayonunda yol qəzası baş verib.
Hadisə
28 Fevral , 2020 22:43
Neftçalada yol qəzası oldu, xəsarət alan var

Neftçala rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Mikayıllı kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Gözəlov Rafael Soltan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi