Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşüb, ölən və yaralanan var

Hadisə
  • 28 mart, 2018
  • 17:05
Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşüb, ölən və yaralanan var

Neftçala. 28 mart. REPORT.AZ/ Neftçala rayonunda istehsalatda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün saat 15:00 radələrində şəhərin Yalçın Hacıyev küçəsində aparılan söküntü işləri zamanı qaldırıcı kranın trosu qırılıb və beton plitə fəhlələrin üzərinə düşüb.

Plitənin yerə düşməsi nəticəsində orada çalışan fəhlələrdən biri, rayonun 7-ci məhəllə (köhnə Qoltuq kənd) sakini, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu hadisə yerində dünyasını dəyişib, Bankə qəsəbə sakini, 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə