Neftçalada su hovuzunda partlayış olub, ölən var - YENİLƏNİB

Neftçalada su hovuzunda partlayış olub, ölən var - YENİLƏNİB Neftçala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsindəki su hovuzunda partlayış baş verib.
Hadisə
27 Aprel , 2019 15:10
Neftçalada su hovuzunda partlayış olub, ölən var - YENİLƏNİB

Neftçala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsindəki su hovuzunda partlayış baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cangan kəndində qeydə alınıb. 

Faktla bağlı əlavə məlumat veriləcək.


*** 12:11

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vasif Məzahim oğlu Nəcəfov həyətdəki hovuza su nasosu (elektrik) ilə su vururmuş. Bu zaman təzyiqə dözməyən su hovuzunda partlayış baş verib. Nəticədə ev sahibi mişar daşları altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi