Neftçalada qamış biçən gənc oğlan suya düşərək boğulub - YENİLƏNİB

Neftçalada qamış biçən gənc oğlan suya düşərək boğulub - YENİLƏNİB Hadisə rayonun Haqverdili kəndində qeydə alınıb
Hadisə
100
7 Oktyabr , 2017 21:25
Neftçalada qamış biçən gənc oğlan suya düşərək boğulub - YENİLƏNİB

Neftçala. 7 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda su kanalına düşərək boğulan gəncin meyiti kanaldan çıxarılıb. 

"Report"un aran bürosunun məlumatına görə, bu, rayonun Bəyoğlan obasında yaşayan, 18 yaşlı Baloğlan Telman oğlu Tahirov olub. 

Onun su kanalında qamış biçərəkən suya düşdüyü və orada öldüyü bildirilir. Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib. 

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.


***21:02

Neftçala. 7 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda gənc oğlan su kanalında boğularaq ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Haqverdili kəndində qeydə alınıb.

Hələlik adı məlum olmayan gənc oğlanın meyitinin axtarışlarına başlanılıb. 

Onun başqa kəndin sakini nolduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi