Neftçalada oğurluq edən şəxs saxlanılıb - FOTO

Neftçalada oğurluq edən şəxs saxlanılıb - FOTO Neftçala. 6 fevral. REPORT.AZ/ Neftçala rayonunda qızıl-zinət əşyaları oğrulayan şəxs saxlanılıb.
Hadisə
6 Fevral , 2018 16:16
Neftçalada oğurluq edən şəxs saxlanılıb - FOTO
Report

Neftçala. 6 fevral. REPORT.AZ/ Neftçala rayonunda qızıl-zinət əşyaları oğrulayan şəxs saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, Neftçala şəhər sakini, Elşən Musa oğlu Dünyamalıyev polis şöbəsinə gələrək evindən naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyaları oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib. Araşdırma zamanı müəyyən edilib ki, naməlum şəxs və ya şəxslər özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə E.Dünyamalıyevin Neftçala şəhəri 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinin pəncərəsinin şüşələrini sındırma və çıxarmaqla pəncərədən evə qanunsuz daxil olaraq evin yataq otağından şüşə bankadakı qızıl-zinət əşyalarını oğurlayaraq ev sahibinə 3940 manat dəyərində maddi ziyan vurublar. 

Keçirilən əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hadisəni Neftçala şəhər sakini, 1995-ci il təvəllüdlü İdrak Əlitürbə oğlu Məmmədov törədib.

Polisin keçirdiyi əmliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov saxlanılıb və oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi