Neftçalada motosiklet qəzaya uğradı, ölən var

Neftçalada motosiklet qəzaya uğradı, ölən var Neftçalada 1 nəfərin ölümü ilənəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Yanvar , 2021 21:31
Neftçalada motosiklet qəzaya uğradı, ölən var

Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, A.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi