Neftçalada motosikl qəzaya uğrayıb, xəsarət alanlar var

Neftçalada motosikl qəzaya uğrayıb, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Aprel , 2017 19:52
Neftçalada motosikl qəzaya uğrayıb, xəsarət alanlar var

Neftçala. 12 aprel. REPORT.AZ/ Neftçala rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, sürücüsünün idarəetməni itirməsi nəticəsində motosikl yolun kənarına aşıb. Nəticədə Salyan sakinləri - 41 yaşlı Mehdi Gündüz oğlu Salamzadə və 34 yaşlı Natiq Cahangir oğlu Qocayev ağır bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda Natiq Qocayevin vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi